Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Amnesty İnternational: İran etirazların azı 106 nəfər ölüb 1000 nəfər həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatının noyabrın 19-da yaydığı hesabata görə İran adlanan ölkədə son etirazlarda dünənədək azı 106 nəfər ölüb 1000 nəfər həbs edilib. Lakin daxildən gələn məlumatda isə ölənlərin sayının 200-ü keçdiyi bildirilir.

Beynəlxalq Əfv Təşkilatının bəyanatında bildirlir ki, ki, “Amnesty İnternational”ın İrandakı hüquq müdafiəçilərindən aldığı məlumatlara, eləcə də sosial şəbəkələrdə yayılan videoların dəqiq araşdırılmasından sonra bəlli olub ki, son günlər İranda baş verən dinc etirazlarda hökumət qüvvələri tərəfindən öldürülənlərin sayı ən azı 106 nəfərdir. Etirazlarda ən çox itki verənlər Xuzistan və Kirmanşah əyalətləridir. Xuzistanda 32, Kirmanşahda isə 30 etirazçı rejim qüvvələrinin birbaşa atəş açması nəticəsində öldürülüb.

Lakin hesab edirik etirazlarda öldürülənlərin sayı 106 nəfərdən çoxdur. Bəzi qeyri-rəsmi mənbələrin hesablamalarına görə, hökumət qüvvələrinin qətlə yetirdiyi etirazçıların sayı 200 nəfərdir”.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın