İrqçi fars rejim azərbaycanlı fəal Nəsim Sadiqini Apellyasiya Məhkəməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı fəal Nəsim xanım Sadiqini Şərqi Azərbaycanda yerləşən Apellyasiya Məhkəməsinə çağırıb.

Rejimin məhkəməsi tərəfindən dekabrın 17-də elektron sistemi vasitəsilə göndərilən çağırış vərəqəsinə əsasən fəal dekabrın 20-də  rejimin Şərqi Azərbaycanda yerləşən Apellyasiya Məhkəməsinin 3-cü şöbəsinə müraciət etməlidir.

Qeyd edək ki, Təbriz sakini olan azərbaycanlı fəal sentyabrın 21-ə rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilmişdir. Azərbaycanlı xanım şərlənərək ona qarşı “Müxalif qrupların xeyirinə sistemin əleyhinə təbliğat aparmaq” ittihamı irəli sürülmüşdür.

Azərbaycanlı fəal Nəsim Sadiqi isə bundan əvvəl məhkəmədə irəli sürülən ittihamı qətiyyətlə rədd edərək ölkə konstitusiyası çərçivəsində mədəni fəaliyyətlə məşğul olduğunu bildirmişdir. O məhkəmədən öz müstəqilliyini qoruyub saxlamağı da tələb etmişdir.

Nəsim Sadiqi bu dosya ilə bağlı 2018-ci il oktyabrın 21-də yaxalanmış və oktyabrın 31-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından zaminə buraxılıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın