Bazar , Sentyabr 20 2026
azfa

Koronavirus təhlükəsinə görə azərbaycanlı fəal Rəhim Qulami məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən koronavirus təhlükəsinə görə rejimin Ərdəbildə zindana saldığı azərbaycanlı fəal Rəhim Qulami məzuniyyətə buraxılıb.

Azərbaycanlı jurnalist, yazıçı və şair Rəhim Qulami martın 12-də günortadan sonra rejimin Ərdəbildə yerləşən zindanından zaminə buraxılıb. Bundan öncə rejimin rəsmiləri onun məzuniyyətə buraxılmasına mane olmuşdu.

Azərbaycanlı fəal son vaxtlar astma və böyrək xəstəliyindən əziyyət çəkirdi və sağlıq durumu ağırlaşmışdş. O hətta zindanının poliklinikasında bir müddət süni tənəffüslə yaşamışdır.

Qeyd edək ki, azərbaycanlı yazıçı və şair Azərbaycan türk millətinin hüquqlarını müdafiə etdiyi rejim tərəfindən həbs və işgəncələrə məruz qalır.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …

Bir cavab yazın