Azərbaycanlı siyasi məhbus Abbas Lisani rejimə həbsdə saxladığı məhbuslarla bağlı müraciət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı milli fəallı və siyasi məhbus Abbas Lisani irqçi fars rejimin rəsmilərinə məktub ünvanlayaraq, koronavirusun yayıldığı təhlükəli dövrdə qısa zamanda məhbusların, xüsusilə Azərbaycanın milli-mədəni fəallarının zaminə buraxılmasını tələb edib.

Lisani yaxınları ilə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. O bildirmişdir ki, onun özünün zaminə buraxılma istəyinin qəbul olunma ehtimalı zəifdir.

Azərbaycanlı siyasi məhbus Lisani məktubda dünyanın əksər ölkələrində koronavirusun yayılması üzündən insanların həyatına ciddi təhlükə yarandığına, bu isə dünya ictimaiyyətində ciddi narahatlığa səbəb olduğunu qeyd edərək, İranda rəsmilərin bu infeksiya ilə mübarizədə zəif, bacarıqsız və iradəsiz hərəkət etmələri və ölkənin lazımı tibbi və səhiyyə infrastrukturlarının mövcud olmaması nəticəsində vətəndaşların həyatının digər ölkələrlə müqayisədə daha çox təhlükədə olduğu bildirilib.

Abbas Lisani ölkə həbsxanalarında saxlanılan məhkumlar toplu şəkildə saxlanıldığı, eləcə də tibbi imkanların məhdudluğuna üçün onlar daha ciddi təhlükə ilə qarşı-qarşıya qalıblar.

Lisani həmçinin məktubunun bir hissəsində yazıb: “Məsullar sürətli, məntiqli və insani qərar verməklə milli-mədəni fəalların, vicdan məhbuslarının və ağır cinayətlər işləməyən məhkumların azadlığa buraxılmasına şərait yaradaraq, onların təcridxananın təhlükəli şərtlərində virusa yoluxmalarının qarşısını almalıdırlar, əks halda məsullar məhbusların həyatı təhlükəsinə qarşı məsuliyyət daşıyır və mən də daxil olmaqla bütün məhbusların sağlamlığına dəyən hər hansı bir ziyana görə cavabdeh olacaqlar”.

Qeyd edək ki, fars-molla rejimi bütün şəhərlərdə Çindən gətirdikləri koronavirusu yaydıqları kimi zindanlarda da həmin virusu yayıb məhbusların həyatını ciddi şəkildə təhlükəyə salıblar. Nəticədə rejimin bir sıra zindanlarında məhbuslar üsyana qalıb, hətta bəzi zindanlardan çox sayda məhbus qaçıb.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın