İranın müstəmləkə siyasinin nəticələrindən: Həmədanda məktəblilərin 40 faizi yoxsulluq üzündən təhsildən qalırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycanın vilayətlərinə qarşı müstəmləkə siyasətinin ağır fəsadları özünü bütün sahələrdə göstərir.

Hazırda bir çox ölkələrdə koronaviru pandemiyası səbəbindən internet vasitəəsilə keçirilən dərslər sübut etdi ki, fars-molla rejiminin ayrıseçkilik siyasəti nəticəsində Güney Azərbaycanın müxtəlif vilayətlərində, o cümlədən Həmədanda məktəblilərin 40 faizi yoxsulluq üzündən virtual təhsil imkanlarından məhrumdurlar.

Həmədan Vilayətinin Bəsic rəsmilərindən olan Məhəmməd Movlayi etiraf edib ki, şəhərətrafı məntəqələr və kəndlərdə yaşayan azgəlirli ailələrin uşaqları, həmçinin İnternet infrastrukturu olmayan bölgələrdə yaşayan məktəblilər təhsil nazirliyi tərəfindən tətbiq edilən virtual təhsil proqramından faydalana bilmirlər.

O deyib ki, “Bəzi şagirdlər maddi imkanlarının məhdudluğuna görə smartfon, kompüter və internetdən məhrumdurlar”.

Movlayinin sözlərinə əsasən, həmin şagirdlər əyalətin ümumi məktəblilərinin 40 faizini təşkil edirlər.

Qeyd edək ki, Hamedan Güney Azərbaycanın qədim bölgələrindəndir .

Həmçinin yoxlayın

Tramp: Tələblərimizin 100 faizinə nail olmasaq, İranla genişmiqyaslı müharibə qaçılmaz olacaq

GADTB: ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər administrasiyası İranla aparılan danışıqlarda qarşıya qoyduğu …

Şərqi Azərbaycan adının rəsmi bannerdə ixtisar edilməsi etiraz doğurdu

GADTB: Şərqi Azərbaycan Vilayəti Dövlət Təzirat Baş İdarəsinə aid olduğu bildirilən bannerdə rəsmi “Şərqi Azərbaycan” …

Bir cavab yazın