Azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin həbs etdiyi Tehran sakini olan azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi 3 ay saxlandıqdan sonra 150 milyon tümənlik mülki vəsiqə qarşılığında aprelin 11-də Evin zindanından zaminə buraxılıb.

Əsasən türk dilində kitab paylayan və ucqar Azərbaycan kəndlərində öz hesabına kitabxanalar yaradan Əlirza Fərşi rejimin qəzəbinə tuş gələrək yanvarın 8-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Azərbaycanlı fəal fars-molla rejimi tərəfindən şərlənərək qanunsuz qrupa üzv olmaqda ittiham edilib. Fəal bundan öncə isə 2014-cü ildə daha üç azərbaycanlı fəal – Əkbər Azad, Behnam Şeyxi və Həmid Manafi Nadarlı ilə birlikdə Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün həbs və sürgünə məhkum edilmişdir.

Rejimin Tehrandakı Apellyasi Məhkəməsinin 54-cü şöbəsi həmin fəalların hər birini 2 il həbs və 2 il sürgünə məhkum edib.

Azərbaycanlı fəal Əlirza Fərşi mədəni fəaliyyətlərinə görə İran molla rejiminin təzyiqlərinə məruz qalmış və universitetdə tədris etməsinə icazə verilməyib.

Həmin azərbaycanlı fəalın koronavirus təhlükəsinə görə zaminə buraxılmasına baxmayaraq, hələ də azərbaycanlı siyasi məhbuslar Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini, Kazım Səfabəxş, Məhəmməd Əbdülməhəmmədzadə və s. milli-mədəni fəallar hələ də zindanlarda saxlanılırlar.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın