Molla rejimi fəlakətə səbəb olmaqda; koronanın tüğyan etdiyi vaxtda idarələr açıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ekspertlər və ÜST-ün xəbərdarlığına məhəl qoymadan koronanın tüğyan etdiyi vaxtda idarələr və müəssisələrin fəaliyyətini bərpa etdi.

Həsən Ruhani sağlıq qaydalarına riayət etməklə müəssisələrin fəaliyyətlərinin bərpasına göstəriş verdi. Bunun isə əhalinin həyatının molla rejimi üçün heç bir əhəmiyyətinin olmamasından xəbər verir.

Bu gün artıq İranda təxminən bir aydan sonra bir sıra müəssisə və qurumlar yenidən açıldı. Ölkədə yeni tip korona virusuyla (Covid-19) əlaqadar tətbiq edilən məhdudiyyətlər koronanın pik həddə çatdığı vaxtda aradan qaldırılır. Bunun isə dəhşətlə fəlakətlə nəticələnəcəyi bildirilir.

Molla rejiminin müəssisələrin fəaliyyətini bərpa etdiyi vaxtda isə Güney Azərbaycan vilayətləri Qumdan uçuşlar və sərnişin daşıyan avtobus xətlərinin davam etməsi səbəbindən acınacaqlı vəziyyətdədir. Güney Azərbaycanda hər gün yüzdən çox insan həyatını itirir. Rejim isə karantin rejimini gücləndirmək yerinə karantin rejimini qaldırıb və PKK ilə PJAK terror təşkilatlarının vasitəçiləri olan qaçaqmalı kürdlərə yardım paylayır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın