Rejim Ərdəbildə Tibb Universiteti rektoru və baş həkimi koronadan ölənlərin sayını düzgün açıqladığı üçün vəzifədən qovdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil vilayətində Tibb Universitetinin rektoru Dr. Qüdrət Əxəvan Əkbəri, eləcə də İmam xəstəxanasının rəisi (baş həkimi) İsmayıl Fərzanəni Ərdəbil vilayətində Çin koronavirusundan ölənlərin sayını gizlətmədən düzgün açıqladığına görə vəzəfələrindən dərhal qovub.

İmam xəstəxanasının baş həkimi İsmayıl Fərzanə koronavirus pandemiyası ilə əlaqədar koronavirusdan ölənlərin sayının elan edilən rəsmi rəqəmdən qat-qat çox olduğunu televiziyaya müsahibəsində etiraf edib. Bu ifadəni isə Ərdəbil Tibb Universitetinin rektoru Dr. Qüdrət Əxəvan Əkbəri də təsdiq edib. Koronavirusdan ölənlərin sayını qat-qat elan edən irqçi fars-molla rejimi dərhal hər iki azərbaycanlı rektor və baş həkimi vəzifədən qovub.

Qeyd edək ki, diktator ölkələr olan Çin, İran və Rusiya koronavirusa yoluxanlar və ölənlərin sayını gizlədib, qat-qat az göstərirlər. Çində çox sayda həkim koronavirusun yenicə yayıldığı zamanda bu barədə məlumat paylaşdığına görə təzyiqlərə məruz qalıb və yoxa çıxdıb, İranda isə çox sayda tibb işçisi və vəzifəli şəxs vəzifədən qovulub.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın