Çərşənbə , Oktyabr 21 2026
azfa

İngiltәrә yardıma görə Türkiyәyә tәşәkkür etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İngiltәrәnin Avropa mәsәlәlәri üzrә naziri Vendi Morton yeni növ koronavirusla mübarizә çәrçivәsindә ölkәsinә tibbi lәvazimat göndәrәn Türkiyәyә tәşәkkür edib.

Bu barәdә Vendi Morton şәxsi ‘‘Twitter’’ sәhifәsindә açıqlama verib.

Vendi Morton açıqlamasında bu ifadәlәrә yer verib: ‘‘Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu vә sәhiyyә naziri Fәxrәddin Kocaya göndәrilәn tibbi lәvazimata görә tәşәkkür etmәk istәyirәm’’.

Tibbi yardımın 14 ton ağırlığında olduğunu ifadә edәn Morton bildirib ki, bu hәdiyә İngiltәrә ilә Türkiyә arasındakı dostluğun gücünü nümayiş etdirib.

Qeyd edәk ki, İngiltәrә vәtәndaşları da şәxsi internet sәhifәlәrindә Türkiyәyә tәşәkkür ediblәr.

Sean McGrinder adlı bir ‘‘Twitter’’ istifadәçisi 1845-ci ildә İrlandada yaşanan ‘‘Böyük qıtlıq’’ fәlakәti zamanında Osmanlı İmperiyasının irlandiyalılara yardım etdiyini vurğulayıb.

Xatırladaq ki, Türkiyә dünәn yeni növ koronavirusla mübarizә çәrçivәsindә İngiltәrәyә tibbi lәvazimat göndәrmişdi.

Türkiyә daha әvvәl bu çәrçivәdә İtaliya, İspaniya, Şimali Makedoniya, Monteneqro, Serbiya, Bosniya vә Herseqovina, Kosovoya və başqa ölkələrə tibbi lәvazimat göndәrmişdi.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın