Cümə axşamı , İyul 30 2026
azfa

İrqçi fars rejimin əlaltıları Xoyun tarixi bazarının türk adlarını farscaya tərcümə və təhrif etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin əlaltıları Güney Azərbaycanın Xoy şəhərinin tarixi bazarında türk yer adlarını təhrif edərək, həmin adları farslaşdırırlar.

Şəhərin rejimə bağlı bələdiyyəsi tarixi Xoy bazarında “Fərşçi bazar”,  “Misgər bazar”, Pəncərəçi bazar”, “Rasta bazar”, “Xərəzi bazar”, “Doşabçı bazar” və s. yer adlarını fars dilinə dəyişərək onlara farsca tablolar hazırlayıblar.

Bələdiyyənin Güney Azərbaycanın türk yer adlarını təhrif etməsi isə əhalinin etirazına səbəb olub. Azərbaycanlı sosial şəbəkə istifadəçilər bu addımı İranda tətbiq olunan pan-iranist irqçi siyasətlərin davamı olduğunu, Azərbaycanın türk kimliyini dəyişmək məqsədi daşıdığını yazıblar. Türk sosial şəbəkə istifadəçiləri “bu şəhər öz kimliyini istəyir” şüarı ilə sözügedən lövhələrin düzəldilməsini tələb ediblər.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının ilk peyki bu tarixdə buraxılacaq

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb. Bu …

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …

Bir cavab yazın