Cümə axşamı , İyul 16 2026
azfa

Azərbaycanlı ziyalılar küçələrdən xarici adların yığışdırılmasını tələb etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 800 nəfərə yaxın azərbaycanlı ziyalı Quzey Azərbaycan şəhərlərinin küçələrindən xarici adların yığışdırılmasını tələb ediblər.

Ziyalılar Bakının merinə müraciət ediblər. Müraciətdə deyilir:  “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əsasən, “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”. Bu Qanunun tələblərinə əməl edilməməsi cəmiyyətdə məyusluq doğurub.

Bu yaxınlarda yeni yaradılmış “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi Bakının mərkəzi prospekt və küçələrində monitorinq keçirib. Təkcə Rəsulzadə küçəsində aparılan monitorinq zamanı məlum olub ki, ərazidəki 42 ticarət və xidmət obyektindən 41-də (!) Azərbaycan dilindən ümumiyyətlə istifadə edilməyib. Çoz təəssüf ki, Rəsulzadə küçəsi istisna deyil və aparılmış monitorinqlər digər ərazilərdə də utandırıcı vəziyyətin olduğunu təsdiqləyir.

Bəli, milli-mənəvi dəyərlərin qorunmasında müstəsna rol oynayan, millətin varlığını təsdiq edən ana dilimiz hazırda Bakı küçələrindən sıxışdırılıb. Yad dillərdə yazılmış, insanların narazılığına səbəb olan, əsəbləri tarıma çəkən reklamlar, plakatlar, lövhələr doğma paytaxtımızda baş alıb getməkdədir. Milli müstəqilliyimizin olmadığı sovet dövründə belə şəhərimizdə indikindən fərqli olaraq rusca yazılarla yanaşı, Azərbaycan dilində yazılanlara geniş yer verilirdi.

Sizin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğunuz zaman Bakının dil mənzərəsi ilə bağlı xoşagəlməz bir mirasla üzləşdiyinizi bilirik. Amma qeyd etdiyimiz bütün bu qanun pozuntularını aradan qaldırmaq da Sizin səlahiyyətinizdə və öhdənizdədir. Çünki Siz Bakı küçələrində “Azərbaycanda dövlət dili haqqında” qanuna riayət edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyətinin rəhbərisiniz.

Həmçinin yoxlayın

ABŞ-ın dəstəyi ilə Hörmüz boğazında ticarət gəmilərinin hərəkəti davam edir

GADTB: Birgə Dəniz İnformasiya Mərkəzi cümə axşamı yayımladığı gündəlik məlumat bülletenində bildirib ki, Fars körfəzi …

Siyamək Mirzayi və Əli Vasiqi yenidən Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb; Əsgər Əkbərzadə 19 gündür həbsdə saxlanılır

GADTB: Əldə olunan məlumatlara görə, həbs edilmiş azərbaycanlı fəallar Siyamək Mirzayi və Əli Vasiqi bu …

Bir cavab yazın