Çərşənbə , Oktyabr 21 2026
azfa

Tramp Çinin uyğur türklərinə zülmü ilə bağlı sanksiya sənədini təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp, Sincan Uyğur Muxtar Bölgəsindəki (Şərqi Türküstan) uyğur türklərinə qarşı edilən təzyiq və təqib siyasəti səbəbiylə çox sayda Çin məmuruna sanksiya tətbiq edən qanun layihəsini təsdiqləyib.

D.Tramp may ayında əvvəlcə ABŞ senatında və sonra Nümayəndələr Palatası tərəfindən təsdiqlənən və Çinin Şərqi Türküstan bölgəsindəki müsəlman azlığa qarşı insan haqları pozuntularını pisləyən qanun layihəsini imzaladığını açıqlayıb.

Bu qanunda uyğur türklərinə və digər müsəlman azlıqlara qarşı təzyiqlər və zorakılıqlardan məsul olan Çin rəsmilərinə qarşı sanksiyalar nəzərdə tutulur. Sənəddə sankisyalarla yanaşı, ABŞ-dakı bütün aktivlərin dondurulması və viza qadağasının da tətbiqi daxildir.

Sənəddə ABŞ Dövlət Departamentindən hərtərəfli hesabat hazırlamaq və bölgədəki insan haqlarının pozulması ilə əlaqədar işlərə başlamaq tələb olunur.

Çin isə ABŞ-ı hədələyib və həyasızcasına milyonlarla müsəlman türkə zülm və soyqırımı daxili işi adlandırıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın