Çərşənbə axşamı , İyul 28 2026
azfa

Rejimin zindana saldığı azərbaycanlı fəalın tərcümə etdiyi kitab çap edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin farscaya tərcümə elədiyi “Sultan Məhəmməd xan Fateh” kitabı Təbrizdə çap edilib.

Çap üçün lisenziyasının gecikməsinə baxmayaraq nəhayət “Sorularla bir cihan imparatoru: Fatih Sultan Mehmed Han” kitabının tərcüməsi Azər Turan Nəbati nəşriyyatı tərəfindən çap edilib. Kitabın müəllifləri Türker Akıncı və Ahmet Anapalıdır.

Qeyd edək ki, Ruzbeh Piri iyunun 25-də rejimin məhkəməsinin çıxarılmış həbs cəzasının qalan hissəsini çəkmək üçün Təbrizdə zindana salınıb. Azərbaycanlı fəal və tərcüməçi şərlənərək “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə məhkəmə tərəfindən 91 gün həbsə məhkum edilib.

Azərbaycanlı fəal Ruzbeh Piri qardaşı Yaşar Piri ilə 2019-cu ilin noyabr ayında İranda benzinin bahalşmasına qarşı keçirilən etiraz aksiyaları zamanı bir sıra azərbaycanlı fəallarla yanaşı rejim tərəfindən yaxalanmışdı. Piri qardaşları 3 ay saxlandıqdan sonra fevralın 5-də mülki vəsiqə qarşılığında zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …

Bir cavab yazın