Rejim əlaltıları vasitəsilə azərbaycanlı fəal Bəhmən Nəsirzadənin bəraət qərarını ləğv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim əlaltıları vasitəsilə azərbaycanlı şair, müəllim və milli-mədəni fəal Bəhmən Nəsirzadə barəsində çıxarılan bəraət QƏRARINI Makıda rejimin sərhəd alayının komandanı Şirzad Hacızadənin şikayəti ilə ləğv edilib.

Rejim tərəfindən şərlənərək “İftira və yalan yaymaq”da ittiham edilən Nəsirzadəyə məhkəmə tərəfindən bəraət qərarı verilmişdi. Sarab sakini olan azərbaycanlı milli-mədəni fəalın dosyesinə bəraət hökmünü ləğv edən Makı Cəza Məhkəməsinin 2-ci şöbəsi baxacaq.

Qeyd edək ki, azərbaycanlı müəllim İranın təhsil nazirinə məktub yazaraq dərs kitablarında anti-türk və Antiazərbaycan materialları olduğuna etiraz etdiyi üçün 2 il Zəncan vilayətində yerləşən Qeydar şəhərinə sürgünə məhkum edilmişdi. Fəal bir sıra əsərlərin müəllifidir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Aərbaycanın azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

GADTB: Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər …

Bir cavab yazın