İrqçi fars rejimin müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycanın kəndləri boşalır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycanın kəndləri süerətlə boşalır. Ayrı-seçkiliklə qarşılaşan azərbaycanlı kəndlilər öz yurd-yuvasını tərk etməyə məcbur olurlar. Bu fəlakətə bəzən rejimin yerli rəsmiləri də etiraf etməyə məcbur olurlar.

 Şərqi Azərbaycan valiliyinin kəndlər üzrə şöbəsinin müdiri Tağı Kərəmi bu fakta etiraf edərək deyib ki, Şərqi Azərbaycan vilayətinin 3077 kəndindən 2709 kəndində əhali yaşayır. O etiraf edib ki, Şərqi Azərbaycan vilayətinin 360 kəndində artıq yaşayış yoxdur.

Həmin kəndlərdə əkinçilik və maldarlıq edən əhali artıq lazımi diqqətin olmaması və infrastrukturun yaradılması üzündən şəhərlərə köçməyə məcbur olub. Beləliklə çox sayda kənd irqçi fars rejimin üzündən xarabaya çevrilib.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …

Bir cavab yazın