Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Türkmənsəhra İnsan Haqları Kampaniyası fəalı Abbas Lisaniyə qarşı həbs qərarını pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkmənsəhra İnsan Haqları Kampaniyası fəalı Sadıq Rəcəbian Təmək, video yaymaqla irqçi fars rejimin  azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə qarşı çıxardığı 15 illik ədalətsiz həbs, 2 il sürgün qərarının rejimin Ali Məhkəməsinin təsdiq etməsini kəskin şəkildə pisləmişdir.

Sadıq Rəcəbian Təmək Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz həbs qərarının beynəlxalq insan hüquqları konvensiyalarına zidd olduğunu bildirərək deyib: “Bu qanunsuz məhkəmə qərarı beynəlxalq hüquq normalarına ziddir. Hesab edirik ki, İran Məhkəmə Sistemi azərbaycanlı milli-mədəni fəal Abbas Lisanini və digər siyasi məhbusları qeydsiz-şərtsiz azadlığa buraxmalıdır”.

Qeyd edək ki, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Abbas Lisanini şərləyib və 15 il həbs, iki il sürgünə məhkum edib. Rejimin Ali Məhkəməsi isə rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinin həmin qərəzli qərarını qüvvədə saxlayıb. Bu isə haqlı olaraq Azərbaycan türklərinin və insan haqları fəallarının etirazı ilə qarşılaşmışdır.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın