Cümə axşamı , May 7 2026
azfa

Türkiyə Ermənistanın yeni hərbi təcavüzü ilə bağlı müxtəlif səviyyələrdə Azərbaycana dəstəyini bildirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın dost və qardaş Azərbaycana hücumlarına münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu hərəkətləri şiddətlə qınayaraq deyib: “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcək.

Yuxarı Qarabağın işğalından bəri sürən gərginliyin Ermənistanın sistemli hücumlarıyla qarşıdurmaya çevrilməsi narahatlıq yaradır. Bu hücum Ermənistanın həddini aşan hərəkətidir. Məqsəd həm Yuxarı Qarabağda həlli tıxamaq, həm də yeni qarşıdurma sahələri ortaya çıxarmaqdır. Türkiyə Azərbaycanın haqqına, hüququna, torpaqlarına istiqamətli hər cür hücumun qarşısında olmaqdan əsla vaz keçməyəcək.”

Qeyd edək ki, bundan öncə Türkiyənin xarici işlər naziri və müdafiə naziri də Azərbaycana rəsmi şəkildə dəstəklədiklərini elan etmişlər.

Türkiyə erməni işğalı qarşısında Azərbaycanın yanında olduqlarını bildirdi

Publicerat av Ali Huseyn Tisdag 14 juli 2020

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …

Bir cavab yazın