Cümə axşamı , Sentyabr 24 2026
azfa

Azərbaycanlı jurnalist Yavər Sultani mülki vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu Sepah qüvvələrinin təhlükəsizlik bölməsinin yaxaladığı “Maku Times” İnstagram səhifəsinin admini, azərbaycanlı jurnalist Yavər Sultani mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı jurnalistin iyulun 14-də 50 milyon tümənlik mülki vəsiqə girov qoyduqdan sonra rejimin Makıdakı zindanından müvəqqəti azadlığa çıxdığı bildirilib.

Yavər Sultani irqçilıik simvolu olan Firdovsinin heykəlini götürülməsi və onun irqçiliyinə toxunduğuna görə rejim tərəfindən şərlənərək, “ictimai rəyi çaşdırmaq və nizam-intizamı pozmaq məqsədilə çağırış etmək”də ittiham edilib. İrqçi fars rejimin Makı şəhərindəki prokuroru həmçinin Sultaninin bir il müddətinə media fəaliyyətinin qadağan edilməsini istəyib.

Qeyd edək ki, Yavər Sultani Makı şəhərinin “Həftə Fələkəsi”ndə ucaldılan irqçilik simvolu olan fars şairi Əbülqasım Firdovsinin heykəlinin götürülməsi ilə bağlı yaydığı reportaja Firdovsinin şeirlərinin irqçiliyi təbliğ etdiyinə toxunduğuna görə iyulun 13-də terrorçu Sepah tərəfindən yaxalanmışdır.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …

Bir cavab yazın