Azərbaycan tatarları Tatarıstanın Azərbaycan türkləri ilə əməkdaşlığı möhkəmləndirirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyətinin “Azərbaycan” Regional İctimai Təşkilatının (RİT) nümayəndələri və Tatarıstandan olan qonaqlar Azərbaycandakı tatar diasporunun nümayəndələri ilə görüşmək və tanış olmaq üçün “Tatarıstan” İctimai Birliyinin dəvəti ilə Bakıda səfərdə olublar.

Görüşün başlıca məqsədi qardaş Azərbaycan və Tatarıstan türk xalqlarının dostluğunun rifahına xidmət edəcək əməkdaşlığı möhkəmləndirmək, birgə mədəni və ictimai tədbirlər keçirmək barədə razılığa gəlmək olub.

Bakıdakı restoranlardan birində Azərbaycan və tatar diasporlarının nümayəndələrinin görüşü olub. Azərbaycanın tatar diasporunun nümayəndəsi, “Tatarıstan” İB sədrinin müavini Emin Ramazanov Azərbaycan tatarları ilə görüşmək üçün dəvəti qəbul etdiklərinə görə Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyətinin “Azərbaycan” RİT-in rəhbəri Bəşir Bəşirovun şəxsində tatarıstanlı qonaqlara təşəkkür edib.

“Tatarıstan” İB-nin sədri Abbas Minyaşev birliyin fəaliyyəti və keçirdiyi mədəni tədbirlər barədə qonaqlara məlumat verərək vurğulayıb ki, Azərbaycan və Tatarıstan xalqlarının dostluğunun möhkəmlənməsi üçün belə səfərlərin və birgə tədbirlər keçirilməsinin böyük əhəmiyyəti var.

“Azərbaycan” RİT sədrinin mədəniyyət və təhsil məsələləri üzrə köməkçisi, beynəlxalq dərəcəli hüquqşünas, Kazan Federal Universitetinin və Bakı Dövlət Universitetinin məzunu Sevinc Süleymanova Tatarıstanın Xalqlar Dostluğu Evindən, bazar günü məktəbindən, Azərbaycan muxtariyyətinin fəaliyyətindən söz açaraq qeyd edib ki, o, həm Tatarıstanı, həm də Azərbaycanı özünün Vətəni sayır. S.Süleymanova bildirib ki, bu il bir neçə birgə tədbir və sərgi keçirmək planlaşdırılır.

Tatarıstandan olan qonaqlar arasında türk, ərəb və tatar dilləri tərcüməçisi Yaqut Xudayarova, habelə Kazanda və Yelabuqada uşaqlara milli rəqslər öyrədən xoreoqraf Elman Musayev da olub.

Gecədə yerli ansamblın ifasında qarmonun müşayiəti ilə tatar mahnıları səslənib.

Həmçinin yoxlayın

Hüseyn Şeirbafipurun həyatı Təbriz həbsxanasında təhlükə altındadır

QADTB: Hüseyn Şeirbafipur 18 dey etirazları zamanı Təbrizdə saçma güllələrinin hədəfinə çevrilib və ağır yaralandıqdan …

İrqçilik xarakteri daşıyan “Farsca Yetərlilik” layihəsinin müəllifi ana dildə təhsil hüququnu inkar edən idarəçini təltif etdi

GADTB: Təbrizdə keçirilən Şərqi Azərbaycan Təhsil Şurasının iclasında İran Təhsil Nazirliyinin ibtidai təhsil üzrə müavini …

Bir cavab yazın