Bazar , Sentyabr 27 2026
azfa

Ərtoğrul Sağlam Güney Azərbaycanın “Tirəxtur” komandasına baş məşqçi oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin “Tirəxtur”  klubunun yeni baş məşqçisi bəlli olub. Güney Azərbaycanın “Tirəxtur” klubunda bundan sonra 11 oyunluq müqavilə imzalayan türkiyəli baş məşqçi Ərtoğrul Sağlam çalışdıracaq.

Ərtoğrul Sağlam klubla 11 oyunluq müqavilə imzalaması barədə suala cavab verərkən deyib: “Mövsümün sonuna qədər komandanı yuxarı qaldırıb daha gözəl bir şəkildə yola davam etməyin uyğun olduğunu düşündük. Gözəl bir şərait yaranacağı halda yolumuza İranda davam edəcəyik”.

Qeyd edək ki, Ərtoğrul Sağlam Türkiyənin “Bursaspor” klubunu Super liqada çempion etmişdi.

Həmçinin yoxlayın

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Bir cavab yazın