Cümə axşamı , May 14 2026
azfa

İrqçi fars rejimi Güney Azərbaycan mədənlərini müstəmləkə üsulu ilə qarət edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi Güney Azərbaycan mədənlərini müstəmləkə üsulu ilə qarət edir. Əksər Güney Azərbaycan şəhərlərinin mədənləri fars bölgələrinə daşınaraq, orada tikilən zavodlarda emal edilıir. Əldə edilən gəlir isə fars bölgələrinə qalır. Güney Azərbaycan türk milləti isə mədənçıxarma nəticəsində ekoloji fəlakətlə qarşı-qarşıya qalırlar.

Güney Azərbaycanın Zəncan bölgəsində də oxşar vəziyyət hökm sürür. İrqçi fars rejimi bu bölgənin mədənlərindən çıxan materilların 90 faizini fars bölgələrinə daşıyır. Bu barədə Zəncan vilayətinin Mədən və Sənaye İşləri üzrə Təşkilatın rəis müavini Rubab Dadaşi açıqlama verib.

O deyib ki, əksər mədən daşları Zəncan mədənlərindən başqa bölgələrə daşınır. Yerli məsullar buna mane olmaq istəyirlər və bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, Güney Azərbaycanın əksər bölgələri müxtəlif mədənlərlə zəngindir. Lakin fars rejimi ən irqçi müstəmləkə üsulu ilə həmin mədənləri qarət edib, fars bölgələrində tikdiyi emal zavodlarına daşıyır. bu da ekoloji fəlakətin azərbaycanlılara, gəlirin isə farslara qalmasına səbəb olur.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …

Bir cavab yazın