Çərşənbə , Sentyabr 30 2026
azfa

Türk ordusu Azezdən də hücuma keçdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın Azez şəhərindən Afrin istiqamətində əməliyyatlara başlayıb.

Bundan başqa, Türkiyəyə məxsus tanklar Ankara vaxtilə saat 13:00-da Hatayın Hassa mahalından Afrinə girib. Türrorçulara qarşı əməliyyat davam etdirilir.

Terrorçular isə Türkiyə ərazisində mülki əhalini raket atəşinə tutur. Türkiyənin Hatay vilayətinin Suriya ilə sərhəd ərazisindəki Qalatəpə məhəlləsində təcili yardım çadırlarına 2 ədəd raket atılıb.

Hadisə nəticəsində Türkiyə Elektrik Qurumunun (TEDAŞ) 1 əməkdaşı həlak olub, 3 ASO əsgəri yaralanıb.

“Doğan” xəbər agentliyinin məlumatına görə isə Azad Suriya Ordusunun üzvlərinin Hataydakı düşərgəsinə hücum zamanı 2 nəfər həlak olub, 12 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları cəlb olunub.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …

Bir cavab yazın