Cümə , Sentyabr 25 2026
azfa

İrqçi fars rejimın Azərbaycana dəstək aksiyasında yaxaladığı fəal təqsirsiz elan edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində iyulun 20-də kiberməkan polisi tərəfindən yaxalanan azərbaycanlı milli fəal Cəfər Əkbərinin təqsirsiz olduğu məlum olub.

Azərbaycanlı milli fəal Cəfər Əkbəri Xoyda İnqilab Məhkəməsi tərəfindən fəala qarşı irəli sürülən “Kiberməkanda sistemə qarşı təbliğat aparmaq” ittihamından bəraət qazanıb.

Qeyd edək ki, Güney Azərbaycanda Ermənistannın Azərbaycanın Tovuz sərhədində Azərbaycan ərazisinə hərbi təcavüzünü pisləmək və Azərbaycan ordusuna dəstək məqəsədilə aksiyaya çağırış etdiklərinə görə yaxalanmışdılar.

İyulun 16-da saxlanılan azərbaycanlı milli fəallar zəmanət qarşılığında sərbəst buraxılsalar da “milli təhlükəsizliyə qarşı toplaşma və birləşmə” və “ümumi asayişi pozmaq”da ittiham edilmişdilər.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın