Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanlı fəal Cəfər Rüstəmirad məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad koronavirus təhlükəsilə bağlı Tehranın Evin zindanından məzuniyyətə buraxılıb.

Avqustun 20-də öncəki məzuniyyət müddətinin bitdiyinə görə zindana qayıdan Cəfər Rüstəmirad yenidən 20 gün müddətinə zaminə buraxılıb.

Azərbaycanlı fəalın məhkum olduğu 13 ay həbs cəzasının müddətinin bitməsinə 30 gün qaldığı üçün göndərildiyi məzuniyyətdən sonra tam azadlığa buraxılacağı ehtimal olunur.

Qeyd edək ki, irqçi fars rejim Cəfər Rüstəmiradı 2018-ci ilin iyul ayında “Babək Qalası Qurultayı”nda iştirak etmə ehtimalı ilə rejimin təhlükəsizlik qüvvələri tərəfindən şərlənərək yaxalanmışdır. Rejimin Tehrandakı İnqilab Məhkəməsinin 26-cı şöbəsi fəalı 6 ay həbsə məhkum edib və Tehran Apelyasiya Məhkəməsinin 36-cı şöbəsi qərarı qüvvədə saxlayıb.

Fəal həmçinin 7 ay əlavə həbsə də məhkum edilib. O 2013-cü ildə Güney Azərbaycanın “Traxtur” və Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandalarının yarışı zamanı stadionda yaxalanmışdır. Fəal həmin dosyeyə görə 7 ay azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …

Bir cavab yazın