Bazar ertəsi , May 6 2024
azfa

GADTB və GAİB başqanı sayın Əjdər Tağızadənin Müsavat Partiyası və Milli Strateji Düşüncə Mərkəzi (MSDM) rəhbərliyi ilə görüşü-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) başqanı sayın Əjdər bəy Tağızadə Müsavat Partiyası və Milli Strateji Düşüncə Mərkəzində (MSDM) olmuş və sayın Arif Hacılı, eləcə də sayın İsa Qəmbərlə görüşüb bir sıra mühüm məsələləri müzakirə ediblər.

Görüşdə bölgədəki durum, Azərbaycanın güneyindəki əsas məsələlər, Azərbaycanın quzeyindəki bizim potensial və gücümüz, Güney məsələsinin gündəmdə saxlanması, xüsusilə Gəncə qiyamından sonra gündəmdən çıxarılmağa çalışılan Güney məsələsinin gündəmə gətirilməsi, Müsavat ideyası, Məhəmməd Əmin Rəsulzadə və Elçibəyin ideyalarının həmişə diri saxlanılması, millətimizin dildə, fikirdə, işdə birliyi məsələsi müzakirə edilib.

Görüşdə həmçinin GADTB ilə Müsavat Partiyası və Milli Strateji Düşüncə Mərkəzi (MSDM) arasında işbirliyi də müzakirə edilib.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın