Cümə axşamı , Aprel 30 2026
azfa

Rejim Sulduzda Musa Ziya Gərgəri və Səccad Şəhiri ilə birgə daha 4 nəfəri yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Sulduzda Musa Ziya Gərgəri və Səccad Şəhiri ilə birgə daha 4 nəfəri yaxalayıb.

Sulduz sakini milli fəal Musa Ziya Gərgəri sentyabrın 15-də öz evində həbs edilib. Məmurlar həmçinin Ziya Gərgərinin evində axtarış apararaq fəalın şəxsi əşyaları, o cümlədən mobil telefonunu müsadirə ediblər.

İrqçi fars rejimin təhlükəsizlik qüvvələri daha sonra isə azərbaycanlı milli fəalın iş yerinə hücum ecib və orada axtarış aparıblar. Axtarış zamanı fəala aid komputer də məmurlar tərəfindən müsadirə ediblər.

İrqçi fars rejimin məmurları həmçinin azərbaycanlı fəal Səccad Şəhirini də həbs ediblər. Həmin fəallarla birlikdə daha 4 nəfərin də həbs edilib. Lakin hələlik onların kimliyi barədə məlumat əldə etmək mümkün olmayıb.

Azərbaycanlı fəallar bundan öncə də həbs və təzyiqlərlə qarşılaşmışdılar.

Həmçinin yoxlayın

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis …

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …

Bir cavab yazın