Çərşənbə , May 6 2026
azfa

Azırbaycanın işğal olunmuş Qarabağ bölgəsinə terrorçu PKK-nın xüsusi dəstələri gətirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Özbəkistanın tnews.uz portalı Dağlıq Qarabağa Kürdüstan Fəhlə Partiyası (PKK) terror təşkilatının xüsusi dəstələrinin gətirilməsi ilə bağlı material verib.

Bu haqda Türkiyənin “Cümhuriyyət” qəzeti məlumat yayıb.

Yazıda bildirilir ki, Ermənistan hökumətinin təşəbbüsü ilə Livan ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsi məsələsindən sonra indi də PKK terrorçuları Dağlıq Qarabağa gətirilir.

Bildirilir ki, artıq 100-dən çox Livan ermənisi Dağlıq Qarabağda yerləşdirilib. Aeroportda onları qarşılayan Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda bu ermənilərə vətəndaşlıq da veriləcək.

Qeyd olunur ki, Ermənistan işğal etdiyi Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərində demoqrafik vəziyyəti dəyişmək siyasəti aparır.

Yazıda qeyd edilir ki, 2009-cu ildə Suriya erməniləri də Dağlıq Qarabağda yerləşdirildikdən sonra PKK-nın Suriya qanadından olan 250 terrorçu Ermənistan Silahlı qüvvələrinin tərkibinə daxil olmuşdu.

Həmçinin yoxlayın

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi

GADTB: Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Arkan İnnovations LLC” şirkəti üç yeni kamikadze dron …

Bir cavab yazın