Cümə axşamı , May 2 2024
azfa

Azərbaycanda III Beynəlxalq Dədə Qorqud türk tarixi, mədəniyyəti və ədəbiyyatı konfransı keçirilib

Azərbaycan Respublikasında AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin, “Dədə Qorqud” jurnalının və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD-ın) təşkilatçılığı ilə III Beynəlxalq Dədə Qorqud türk tarixi, mədəniyyəti və ədəbiyyatı konfransı onlayn formatda keçirilib.

Turkustan saytının yaydığı məlumatda bildirilib ki, konfransda elmi müəssisənin direktoru, akademik Muxtar İmanov Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığının ayrılmaz tərkib hissəsi olan “Kitabi-Dədə Qorqud” abidəsinin əhəmiyyətindən bəhs edib. O, ədəbi, tarixi və qlobal baxımdan “Kitabi-Dədə Qorqud”un bir qaynaq kimi təsadüfi seçilmədiyini, bu eposun dünyanın qədim, nadir dastanlarından biri olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən konfransın rəhbəri, Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, “Dədə Qorqud” jurnalının baş redaktoru, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlı pandemiya şəraitinə baxmayaraq dünyanın bir neçə ölkəsindən elm adamlarını bir araya toplayaraq, beynəlxalq simpoziumu ərsəyə gətirdiyi üçün akademik Muxtar İmanova, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun rəhbəri Mustafa Latif Emeyə təşəkkürünü bildirib. O, belə konfransların davamlı olacağına ümidvar olduğunu deyib.

Beynəlxalq konfransda akademik Muxtar İmanova, professor Ramazan Qafarlıya və Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımova İKSAD-ın rəhbəri Mustafa Latif Emekin adından təşəkkürnamə təqdim olunub.

Onlayn konfransda Türkiyə, Ukrayna, İran, Gürcüstan, Əfqanıstan və başqa ölkələrdən, eləcə də Azərbaycandan tanınmış elm adamlarının dil, tarix, incəsənət, folklor, ədəbiyyat, mədəniyyət, sosiologiya və digər mövzularda məruzələri dinlənilib, müzakirələr aparılıb.

Həmçinin yoxlayın

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Azərbaycan Türkiyə ilə birgə 5-ci nəsil qırıcı istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni …

Bir cavab yazın