Təbriz Universitetində Azərbaycan türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk öyrəncilər məzun oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Universitetində Azərbaycan türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk öyrəncilər məzuniyyətə buraxılıb.

Azərbaycan türcəsi ixtisas üzrə ilk təhsil alanların məzuniyyət mərasimi sentyabrın 20-də Təbriz universitetində keçirilib.

Öyrəncilərin məzuniyyət kitabçalarında əks etdirilən türkcə mətndə yazılıb: “Nə mutludur bu gün bizlərə, ilk kəz tariximizdə Azərbaycan türkcəsinin öyrəncisi olub, təhsilimizi başa çatdırmaq fəxrini vətən bizə ithaf edib. diləyimiz bu varlığın bütün çağlarda dəyərini unutmamaq və qorumaqdır”.

Keçən il Təbriz Universitetinin rektor müavini Babulla Həyati Azərbaycan türk dili və ədəbiyyatı ixtisasının digər ixtisaslarla müqayisədə daha çox rəğbətlə qarşılandığını bildirmişdi.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Bakıda Müsavat Partiyasının XI qurultayında iştirak edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Bir cavab yazın