Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəalların məzuniyyəti uzadıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ana dilində təhsil tələbinə görə həbs etdiyi azərbaycanlı milli-mədəni fəallar Behnam Şeyxi və Həmid Mənafi Nadarlının məzuniyyət müddəti uzadılıb.

Tehranın Evin zindanında saxlanılan azərbaycanlı fəallar Behnam Şeyxi sentyabrın 15-də, Həmid Mənafi Nadarlı isə sentyabrın 16-da bir həftəlik zəmanət qarşılığında məzuniyyətə buraxılmışdılar.

Azərbaycanlı milli fəalların məzuniyyət müddəti daha 10 gün uzadılıb.

Qeyd edək ki, azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı barəsində Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi  tərəfindən 10 il həbs və 2 il sürgün qərarı çıxarılmışdır.

Yanvarın 20-də isə Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün əvvəlki qərarı 2 il həbs və 2 il sürgün cəzası ilə dəyişdirmişdir.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın