Azərbaycanlı fəallar üzərində “Ayıl” yazılmış etiketlər yapışdırmaqla uşaqlara türkcə adqoyma qadağasına etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar azərbaycanlı uşaqlara türkcə ad verilməsinə qoyulan qadağalar və ailələrə göstərilən təzyiqlərə qarşı etirazlara davam edirlər. Bu istiqamətdə Güney Azərbaycanın Ərdəbil şəhərində fəallar şəhərin müxtəlif parklarında divarlara üzərinə “Ayıl” adı yazılan əl şəklində etiketlər yapşıdırararq İran hakimiyyətinin adı türkcə olan uşaqlara şəxsiyyət vəsiqəsi verməmək siyasətinə etirazlarını bildirmişlər.

Ərdəbilli fəallar simvolik hərəkəti ilk olaraq 2015-ci ildə Almaniyanın Berlin şəhərindəki bir məktəbdə, şagirdlərin adlarını dəyişdirmək və istədikləri bir ada sahib olmaq hüququ ilə bağlı keçirilən sorğudan ilhamlanıb. Belə ki, hər şagirdin sahib olmaq istədiyi ad əl şəklində olan etiketə yazılaraq sinfin şüşələrinə yapışdırılmışdır.

Qeyd edək ki, irqçi fars rejim Ərdəbil şəhərində azərbaycanlı valideynlərə uşaqlarına “Ayıl” adı qoymağa icazə verməyib və nəticədə həmin qız uşağının 2 ayan artıqdır şəxsiyyət vəsiqəsi yoxdur.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Bir cavab yazın