Çərşənbə axşamı , İyul 28 2026
azfa

Ermənilərin bütün cəbhə boyu hücumu ilə müharibə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan ordusu isə bütün cəbhə boyu əks-hücuma başladı.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın şəxsi heyəti və tank bölmələri, raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.

Əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.

Azərbaycan qoşunlarının sürətli əks-hücum əməliyyatı davam edir.

Həmçinin yoxlayın

Omandan Hörmüz boğazı ilə bağlı təklif; Nəzarət yalnız İranın əlində olmayacaq

 GADTB: Reuters agentliyi çərşənbə axşamı Fars körfəzi bölgəsindəki məlumatlı mənbəyə istinadən xəbər verib ki, Oman …

ABŞ rəsmiləri Axios-a deyiblər ki, sanksiyalar İslam Respublikasına bombardmandan daha çox zərər vura bilər

GADTB: Axios saytının yüksəkvəzifəli ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Donald Tramp administrasiyası hesab edir …

Bir cavab yazın