Cümə , Sentyabr 18 2026
azfa

Fars-türk uçurumu: Farslar qurutduqları Urmiya gölünün bərpasına qarşı çıxdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, farsların XXI əsrdə heç bir insani meyar və əxlaqiyyata sığmayan irqçiliyi nəticəsində İran adlanan ölkənin cəmiyyətində ciddi parçalanma və uçurum yaranmışdır. Bunun nəticəsində bir ölkə daxilində gələcəkdə fars və türkün bir yerdə təhlükəsiz yaşaması mümkün görünməməkdədir. Farsların (İran adlanan ölkədə öz varlıqlarını türklərə borclu olmalarına baxmayaraq) türk düşmənçiliyi o qədər güclənmişdir ki, onlar İran adlanan ölkə coğrafiyasında harada türk yaşayırsa ora vətən gözü ilə baxa bilmirlər. İsfahanın millət vəkilləri birliyinin Urmiya gölünün qurtarılması məqsədilə xarici maliyyəni cəlb etməyə qarşı çıxmaları da buna minlərlə sübutdan biridir.

Məlumata görə İsfahanın millət vəkilləri birliyinin sədri Zayəndərud çayının qurumasını bəhanə gətirərək, Urmiya gölünün qurtarılması məqsədilə xarici maliyyəni cəlb etməyə qarşı çıxmış və bildirmişdir ki, Urmiya gölünün qurtarılmasına xarici sərmayə cəlb edilsə İsfahan millət vəkilləri hamısı bir yerdə etiraz olaraq isfefaya gedəcəklər. O Urmiya gölünün qurtarılmasını İsfahan və ümumiyyətlə farsların gələcək mənafeyinə ziddi hesab edib.

Halbuki, İran adlana ölkənin daxili işlər nazirinin keçmiş müavini İsmayıl Nəccar etiraf etmişdir ki, Zayəndərud çayının bərpasına Urmiya gölünün bərpasından çox pul ayrılıb. Üstəlik Urmiya gölünə ayrılan büdcənin 90 faizi ödənilməyib, 10 faizi də seçkilərə xərclənib.

Qeyd edək ki, Qərbi Azərbaycan vilayətinin valisi Urmiya gölünün qurtarılmasına büdcə ayrılmadığı üçün xarici maliyyə hesabına qurtarılma işlərinin davam etməsini təklif edib. H.Ruhani isə razılıq verib.

Həmçinin yoxlayın

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən …

ABŞ İran üzərində iqtisadi təzyiqi gücləndirmək üçün qlobal maliyyə qurumlarını bir araya gətirib

GADTB: ABŞ Maliyyə Nazirliyi beynəlxalq maliyyə qurumları ilə İran İslam Respublikasına qarşı “iqtisadi təcridetmə” əməliyyatının …

Bir cavab yazın