Bazar , Noyabr 15 2026
azfa

Kürd terrorçuların Suriyadakı 42 obyekti bombalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Afrin bölgəsində PKK, YPG və İŞİD terrorçularına qarşı aparılan “Zeytun budağı” əməliyyatı çərçivəsində yanvarın 27-də terror təşkilatlarına məxsus 42 obyekti və 53 terrorçunu  məhv edib.

Türkiyənin SH Baş Qərargahının məlumatına görə, əməliyyatda iştirak etmiş 22 təyyarənin hamısı bazalara qayıdıb.

Əməliyyat başlayandan (yanvarın 20-dən), ümumilikdə, 394 terrorçunun məhv edildiyi bildirilir. Türkiyə ordusunun 2 hərbçisi şəhid olub, 11 nəfəri yaralanıb.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …

Bir cavab yazın