Cümə axşamı , May 7 2026
azfa

Azərbaycanlı milli-mədəni fəallar Ərdəbildə vərəqələr yayıb – şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Ərdəbildə vərəqələr yayıblar. Vərəqələr irqçi fars rejiminin ayrıseçkilik siyasəti haqda əhaliyə məlumat verilib.

Çap edilən vərəqələrdə Güney Azərbaycana qarşı iqtisadi, siyasi, ictimai və mədəni ayrıseçkilik, xüsusilə də “Heyran gədiyi”ni Ərdəbil vilayətindən ayırıb Gilan vilayətinə birləşdirilməsi ilə bağlı cəhdlər və s. məsələlər barədə məlumat verilib, rejimin antiazərbaycan hərəkətləri pislənib. Vərəqələrdə rejimin mərkəzçi siyasətinin tətbiq edilməsində birinci növbədə yerli məsulların məsuliyyət daşıdığını qeyd edən fəallar, bu məsələlər öz həllini tapmayacağı təqdirdə mübarizənin daha da dərinləşəcəyi, hətta kütləvi etirazların başlayacağı barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, irqçi fars rejimində mətbuat azadlığı və azad mühit olmadığı üçün Azərbaycan milli-mədəni fəalları vərəqələr yayamaqla istəklərini xalqa çatdırırlar.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Bir cavab yazın