Cümə axşamı , Oktyabr 8 2026
azfa

Azərbaycanlı milli-mədəni fəallar Ərdəbildə vərəqələr yayıb – şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Ərdəbildə vərəqələr yayıblar. Vərəqələr irqçi fars rejiminin ayrıseçkilik siyasəti haqda əhaliyə məlumat verilib.

Çap edilən vərəqələrdə Güney Azərbaycana qarşı iqtisadi, siyasi, ictimai və mədəni ayrıseçkilik, xüsusilə də “Heyran gədiyi”ni Ərdəbil vilayətindən ayırıb Gilan vilayətinə birləşdirilməsi ilə bağlı cəhdlər və s. məsələlər barədə məlumat verilib, rejimin antiazərbaycan hərəkətləri pislənib. Vərəqələrdə rejimin mərkəzçi siyasətinin tətbiq edilməsində birinci növbədə yerli məsulların məsuliyyət daşıdığını qeyd edən fəallar, bu məsələlər öz həllini tapmayacağı təqdirdə mübarizənin daha da dərinləşəcəyi, hətta kütləvi etirazların başlayacağı barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, irqçi fars rejimində mətbuat azadlığı və azad mühit olmadığı üçün Azərbaycan milli-mədəni fəalları vərəqələr yayamaqla istəklərini xalqa çatdırırlar.

Həmçinin yoxlayın

Xoydan olan millət  vəkili türk adlarının qeydiyyata alınmamasına etiraz edib– Video

GADTB: Xoy şəhərinin millət vəkili Adil Nəcəfzadə Vətəndaşlıq Qeydiyyatı İdarəsinin bəzi türk adlarının qeydiyyata alınmasına …

ABŞ Mərkəzi Komandanlığı SEPAH-ın Hörmüz boğazının bağlı olması barədə iddiasını rədd edib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazının bağlı …

Bir cavab yazın