Çərşənbə , May 6 2026
azfa

Erməni təcavüzünü pislədiyinə görə İranın Culfada həbs etdiyi Səid Sultani və Bəbək Kiyumərsinin həbs müddəti uzadıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Culfada həbs etdiyi azərbaycanlı milli-mədəni fəallar Səid Sultani və Bəbək Kiyumərsinin həbs müddəti uzadıldı.

Bu barədə Seyid Əli Musəvinin sədrliyi ilə rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 16 saylı şöbəsi qərar verib.

Hazırda azərbaycanlı milli fəallar rejimin Təbriz şəhərində yerləşən ETTELAAT İdarəsinin təcridxanasında saxlanılırlar. Ermənipərəst İran rejimi azərbaycanlı fəalları Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi təcavüzünü pislədiyinə görə həbs edib.

Güney Azərbaycanın Culfa şəhərindən olan hər iki azərbaycanlı fəal oktyabın 4-də rejimin ETTELAAT İdarəsinin Təbrizdən Culfaya göndərilmiş dəstəsi tərəfindən iş yerlərində yaxalanıblar.

Rejimin məmurları Səid Sultanini tutuduqdan sonra onun evində axtarış apararaq, fəalın şəxsi avtomobili, mobil telefonu, kitabları və komputerini müsadirə etmişlər.

Hər iki fəal keçmişdə də milli mübarizələrinə görə həbs ediliblər.

Səid Sultani 2006-cı ildə İran qəzetinin türkləri təhqir etməsinə etiraz etdiyi üçün Culfa şəhərində həbs edilmişdi.

Azərbaycanlı fəal 2014-cü ildə ermənilərin Culfa kilsəsində törətdiyi fitnələrə qarşı keçirilmiş etirazlarda da həbs edilmişdi. O, həmçinin 2015-ci ildə Fitilə proqramının türkləri təhqir etməsinə qarşı keçirilən etirazlarda da rejim tərəfindən həbs edilmişdi. Bəbək Kiyumərsi isə 2011-ci ilin iyun ayının 6-da rejimin təhlükəsizlik qüvvələri tərəfindən Culfa şəhərinin Şuca bölgəsində ata evində yaxalanmışdı. O, 2018-ci ildə illik keçirilən Babək Qalası Qurultayında da yaxanmışdı.

Həmçinin yoxlayın

Müharibə və blokada şəraitində Xəzər dənizi İran üçün əsas marşruta çevrilir

GADTB: Müharibə və Hörmüz boğazının faktiki blokadası fonunda İran həyati əhəmiyyətli ticarəti Xəzər dənizinə yönləndirmək …

Evin həbsxanasında azərbaycanlı sənətçinin “Azadlıq” əsəri: qadın mübarizlərə ithaf edildi

GADTB: Azərbaycanlı vizual sənətçi və siyasi məhbus Mürtəza Pərvin Evin həbsxanasının 7-ci bölməsində simvolik addım …

Bir cavab yazın