Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Qarabağda sülhməramlıların nəzarət etdiyi ərazilərin xəritəsi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya sülhməramlılar Dağlıq Qarabağda təmas xətti boyunca 22 post quraşdırıb.

Sülhməramlıların nəzarət edəcəyi ərazilərin sahəsi hesablanıb.

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində işğal altındakı 11,4 min kvadrat kilometr ərazinin 3 716 kvadrat kilometri döyüşlər zamanı, 5 174 kvadrat kilometr isə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmasının bəndlərinə uyğun olaraq Ermənistan Ordusunun 1 dekbara qədər tam tərk edəcəyi ərazilərdir.

Beləliklə, Rusiya sülhməramlıları Dağlıq Qarabağın 3,1 min kvadrat kilometrlik hissəsində qərarlaşıb. Həmin əraziyə Xankəndi, Əsgəran, Xocalı, Ağdərə, Xocavənd kimi yaşayış məntəqələri daxildir.

Həmin bölgənin də yaxın illərdə vahid Azərbaycanın tərkibinə inteqrasiya olunması gözlənilir.

Rusiyalı sülhməramlıların nəzarət etdiyi kiçik ərazini çıxmaq şərtilə Azərbaycan işğal altındakı torplaqların 74,8%-ni işğaldan tam azad edib.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın