GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Azərbaycan Xalq Hərəkatı liderlərindən biri, Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadənin vəfatı münasibətilə mərhumun ailəsi və yaxınlarına, eləcə də onun məsləkdaşlarına başsağlığı mesajı ünvanlayıb.
Sayın Əjdər bəyin təbrik mesajının bir hissəsində deyilir:
“Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Hərəkatı liderlərindən olmuş, Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadənin vaxtsız dünyadan köçməsi mərhumun məsləkdaşları kimi bizi də üzdü. Bu hadisə ilə bağlı mərhumun ailə üzvləri, yaxınları və məsləkdaşlarına dərin hüznlə başsağlığı verirəm.
Ruhu şad olsun!
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı