
GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla hərbi qarşıdurmasının başlanmasından sonra Təbriz Mərkəzi Həbsxanasında vəziyyətin kəskin pisləşdiyini bildiriblər.
Hesabatda qeyd olunur ki, həbsxana əməkdaşları tərəfindən məhbuslara qarşı zorakılıq halları artıb, əsas təminat imkanları ciddi şəkildə məhdudlaşdırılıb, tibbi xidmətlər demək olar ki, dayandırılıb, sanitar vəziyyət isə kəskin pisləşib.
Məlumata görə, həbsxana mühafizəçiləri itlərlə birlikdə bir bölməyə daxil olaraq bəzi məhbuslara hücum edib. Bildirilir ki, bir neçə məhbus xəsarət alsa da, onların tibbi yardımla təmin olunmadığı iddia olunur.
Hesabatda həmçinin qeyd edilir ki, bu cür əməliyyatların rəsmi səbəbi kimi qadağan olunmuş əşyaların axtarışı göstərilsə də, hər hansı qeyri-qanuni predmet aşkar edilməyib və hadisə məhbuslar arasında qorxu və gərginlik yaradıb.
Eyni dövrdə təxminən 100 məhbusun yüksək məbləğdə girov qarşılığında müvəqqəti azadlığa buraxıldığı, lakin siyasi məhbuslar və ağır ittihamlarla saxlanılan şəxslərin həbsdə qaldığı bildirilir. Həmçinin, “xarici şəbəkələrlə əlaqə” ittihamı ilə onlarla şəxsin həbs olunaraq bu həbsxanaya gətirildiyi qeyd olunur.
Bundan əlavə, bəzi şəxslərin ictimai tədbirdə simvolik atributlardan istifadə etdiklərinə görə saxlanıldığı və onlardan birinin qadın olduğu bildirilir.
Hesabatda vurğulanır ki, hərbi vəziyyətin başlanmasından sonra həbsxana mağazası bağlanıb, qida təminatı zəifləyib və yeməklərin keyfiyyəti aşağı düşüb. Eyni zamanda, dərman təminatında ciddi problemlər yaranıb və bəzi məhbusların sağlamlıq vəziyyətinin pisləşdiyi iddia olunur.
Sanitar vəziyyətin də ağır olduğu, dezinfeksiya işlərinin son aylarda aparılmadığı, nəticədə müxtəlif parazitlərin yayıldığı və isti su təminatında problemlər yarandığı qeyd edilir. Bu isə məhbuslar arasında müxtəlif xəstəliklərin artmasına səbəb olduğu bildirilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi