İranın azərbaycanlı fəal Əli Əziziyə verdiyi həbs cəzası Türkiyə mətbuatında geniş əks etdirildi

 

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin heç bir günahı olmadan azərbaycanlı fəal Əli Əziziyə verdiyi 6 il həbs cəzası Türkiyə mətbuatında geniş əks etdirilib.

Urmiyada yaşayan azərbaycanlı milli-mədəni fəalın rejimin Təbrizdə yerləşən İnqilab məhkəməsinin 3-cü şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum olunması Türkiyənin “Anadolu” Xəbər Agentliyi, “A haber”, “Milliyyət”, “Yeni Çağ”, “Tımeturk”, “Haber7”, “Canlıgaste” və s. nəşrlərdə yayınlanıb.

Qeyd edək ki, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Əli Əzizini şərləyərək 6 il həbsə məhkum edib.

Qərar rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 3-cü şəbəsinin rəisi hakim Fəthnəjad tərəfindən çıxarılıb və şifahi şəkildə Əli Əzizinin vəkili Əsgər Məhəmmədiyə bildirmişdi. Hakimin bildirdiyinə görə, Əli Əzizi “Sistem əleyhinə təbliqat” ittihamına ilə 1 il, “Qanunsuz təşkilata (GAMAC) üzv olmaq” ittihamı ilə isə 5 il həbsə məhkum edilib.

İrqçi fars rejimin təhlükəsizlik qüvvələri yenidən fevralın 23-də Əli Əzizinin ata evinə hücum edərək fəalı yaxalamış və ona qarşı rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 16-cı şöbəsində “Sistemin əleyhinə təbliğat aparmaq və GAMAC-a üzv olmaq”da ittiham edilmişdir.

Əli Əzizi koronavirus təhlükəsi səbəbindən martın 25-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılması üçün qərar verilmiş, lakin, sonradan mülki vəsiqənin məbləği 650 milyon tümənə qaldırılmışdır.

 

 

 

 

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın