Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Güney Azərbaycanlı milli mədəni fəallara irqçi fars rejimindən həbs qərarı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin Şərqi Azərbaycanda yerləşən Apelyasiya Məhkəməsinin 26-cı şöbəsi azərbaycanlı milli-mədəni fəal Mehdi Əmirinəjad barəsində çıxarılan 2 il həbs cəzasını olduğu kimi saxlayıb. Məhkəmə azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyanı isə yenidən məhkəməyə çağırıb. Fəal fevral ayının 7-də rejimin Apelyasiya Məhkəməsinin 26-cı şöbəsinə müraciət etməlidir.

Qeyd edək ki, azərbaycanlı fəal Mehdi Əmirinəjad bundan öncə rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən 2 il həbs cəzasına məhkum edilmişdi. İrqçi fars rejiminin ETTELAAT İdarəsinin sifarişinə ilə işləyən rejimin Apelyasiya Məhkəməsi, İnqilab Məhkəməsinin hökmünü dəyişmədən qüvvədə saxlayıb.

İrqçi fars rejimi Əmirinəjadi Gamo təşkilatının yaradılmasında iştirak etməkdə, qrupda müavin kimi fəaliyyət göstərməkdə, evində milli zəmində müxtəlif iclaslar keçirməkdə və digər məsələlərdə qərəzli şəkildə ittiham edərək, həbs cəzasına məhkum edilib. Fəallar 20016-cı ildə Ərdəbildə yaxalanıb və daha sonralar mülki vəsiqə qarşılığında zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın