Bazar , Oktyabr 25 2026
azfa

Kürd terror təşkilatlarının Ankaranı şərləməsi: Mülki əhaliyə terrorçu zərbəsi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk ordusunun sarsıdıcı zərbələrindən sonra xeyli zəifləyən PYD/PKK terror qruplaşması Suriyanın Haseke və Aynularab bölgələrindən mülki vətəndaşları sıralarına cəlb edir.

“Anadolu” Agentliyin yazdığına görə, PKK “Afrinə həmrəylik ziyarəti” təşkil edib. Sözügedən ziyarət zamanı təxminən 2 min mülki vətəndaşdan ibarət kortej Afrinə gəlib. Onlardan 500-ə qədəri məhz terrorçu PKK sıralarına cəlb edilərək, Afrində döyüşlərə göndərilib.

Terror təşkilatı bu cür saxta tədbirlər vasitəsilə mülki vətəndaşları Afrinə göndərərək, həm sıralarını gücləndirməyə, həm də guya Türkiyənin sadə əhaliyə güllə atması haqda fikir formalaşdırmağa çalışır.

Lakin Afrin əməliyyatı başlayandan bu vaxta qədər türk ordusu mülki vətəndaşlara qarşı xüsusi həssaslıq nümayiş etdirir. Bunun nəticəsi kimi, türk ordusu bu günə qədər Afrində bir mülki şəxsin belə ölümünə səbəb olmayıb. Əvəzində isə YPG terrorçuları bir neçə dəfə Türkiyəyə raket ataraq, mülki şəxsləri hədəfə alıb.

Kürd terror təşkilatı davamlı olaraq Türkiyənin sərhəd ərazilərində mülki əhalini hədəf alır. Son olaraq YPG terrorçuları Afrinin Cinderes bölgəsindən Türkiyə ilə Suriya sərhədində yerləşən Atme qəsəbəsindəki qaçqın düşərgəsinə raket zərbələri endirib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın