Cümə , Sentyabr 25 2026
azfa

Rejimin ETTELAAT məmurları azərbaycanlı fəal Vəli Zöhrabi yaxalayıb dindirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT məmurları azərbaycanlı fəal Vəli Zöhrabi (Oxtay)  yanvar ayının 22-də yaxalayıb dindirib.

Azərbaycanlı milli-mədəni fəal Vəli Zöhrabi yanvar ayının 22-də axşam saat 8-də Urmiya-Qoşaçay yolunda rejimin mülki geyimli ETTELAAT məmurları tərəfindən şəxsi avtomobilində yaxalanıb.

Yaxalanan azərbaycanlı fəal Mahabad (Soyuqbulaq) şəhərinin ETTELAAT İdarəsinə aparılaraq dindirilib. Uzun müddət dindirildikdən sonra rejimin məmurları Vəli Zöhrabinin mobil telefonu və başqa şəxsi əşyalarını müsadirə edib, özünü isə səhər saat 3-də şəhərdən xaric boş əraziyə buraxıblar. Qeyd edək ki, Vəli Zöhrabi dəfələrlə rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq, təzyiqlərə məruz qalıb.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …