Bazar , Oktyabr 25 2026
azfa

Sabah Moskvada Naxçıvan dəhlizi müzakirə olunacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri sabah Moskvada görüşəcək.

Bu barədə RBK kanalı Rusiyadakı mənbələrinə istinadən yazıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan tərəfindən Şahin Mustafayev, Ermənistan tərəfindən Mqer Qriqoryan, Rusiya tərəfindən isə Aleksey Overçuk iştirak edəcək.

Görüşdə Naxçıvan dəhlizi və bir neçə məsələ müzakirə olunacaq.

Qeyd edək ki, 11 yanvarda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi Moskva bəyanatında kommunikasiyaların açılması əksini tapıb.

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …