Cümə , Sentyabr 25 2026
azfa

İran rejim Anar adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, antitürk İran rejimi Anar adına görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir.

İranın Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsi iki aylıq azərbaycanlı körpəyə adının türkcə Anar olduğuna görə sənəd verməkdən imtina edir.

 Anarın atası Həsən Əmirpur İran rejiminin doğum haqqında şəhadətnamə verilməməsinin ailə üçün çoxlu problemlər yaratdığını bildirib. Bununla yanaşı vəsiqə olmadan Anara peyvənd vurulması və müalicə kitabçasının alınması da mümkün deyil.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycan türk millətini assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz dillərində övladlarına ad qoymağı da qadağan edib.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …