Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Azərbaycanın azad edilən ərazilərindəki abidələr barədə mühüm məlumat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğaldan azad edilən ərazilərdə monitorinqlər aparmaqla oradakı abidələrimizin durumu, mədəniyyət müəssisələrinin hazırkı vəziyyətini təftiş edilir.

Bunu Azərbaycanın Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Azad Cəfərli deyib.

O bildirib ki, bu günə kimi 303 tarix və mədəniyyət abidəsi monitorinq edilib:

“Onların əksəriyyəti tamamilə dağıdılıb. Bundan əlavə tarixilik və memarlıq xüsusiyyəti olan 87 yeni abidə aşkarlamışıq. 461 sayda mədəniyyət müəssisəsi, muzey, mədəniyyət evləri, kitabxanalar təftiş olunub. Onlardan 212-si kitabxana, 199-u mədəniyyət evi olmaqla tamamilə dağıdılıb. Bu hələ bütün qeydə alınmış abidələr deyil və proses davam edir. Bu günə qədər 1 000-ə yaxın abidənin qeydiyyatı aparılıb. Onların tam əksəriyyətinin tamamilə dağıdılması Ermənistanın vandallıq siyasətindən xəbər verir. Onlar bizim mədəni irsimizi ərazidən tamamilə silmək, abidələrin bizə məxsus olması ilə bağlı bütün faktları aradan götürmək istəyiblər”.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …