Cümə , Sentyabr 25 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəal İsrafil Fətullahzadəni həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları yanvar ayıının 30-u, səhər saatlarında azərbaycanlı milli-mədəni fəal İsrafil Fətullahzadəni Əhər şəhərində yanacaq doldurma məntəqəsində yaxalayıblar.

İsrafil Fətullahzadənin 2015-ci ilin noyabr ayında Azərbaycan türklərinin təhqir edilməsinə etiraz olaraq keçirilən etiraz aksiyalarına qatıldığı və 7 ay həbs cəzasına məhkum olunduğu ilə bağlı saxlanıldığı ehtimal edilir.

Qeyd edək ki, 2015-ci il noyabr ayında İran televizyasının “Fitilə” proqramında türklərə edilən təhqirlərdən sonra Güney Azərbaycanın bir çox şəhərlərində etiraz aksiyaları keçirilmişdir. Aksiyalarda iştirakına görə çox sayda azərbaycanlı, yaxalanmışdı.

İsrafil Fətullahzadə ondan öncə isə 2014-cu il fevralın 20-də Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirlərdə yaxalanmışdı.

Həmçinin yoxlayın

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

80 ölkə Hörmüz boğazının dərhal açılmasını tələb edib

GADTB: Təxminən 80 ölkə cümə axşamı, sentyabrın 24-də yaydığı birgə bəyanatda Hörmüz boğazının dərhal və …