Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Türkiyə BMT-nin Qibrislə bağlı qərarına sərt reaksiya verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurası tərəfindən Kipr adasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin səlahiyyət müddətinin uzadılması qərarını qınayıb.

Bu barədə qardaş ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, bu qərar verilərkən Şimali Kipr Türk Cumhuriyyəti rəsmilərinin fikrinin nəzərə alınmaması yolverilməzdir. Bəyanatda qeyd olunub ki, bu, qəbul olunmuş qayda və prinsiplərə ziddir.

Ankara hesab edir ki, təkbaşına və təktərəfli qərar qəbul etmək yolverilməzdir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 29 yanvar 2021-ci il tarixli 2561 (2021) saylı qətnaməsi ilə BMT Təhlükəsizlik Şurasının Kipr adasındakı səlahiyyət müddəti daha 6 ay uzadılıb. Məsələ ilə bağlı Kiprin türk icmasının fikirləri nəzərə alınmayıb.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …