Bazar , Sentyabr 27 2026
azfa

Traxtur komandasının tərəfdarları komandanın zəiflədilməsinə etiraz etdilər- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney azərbaycanın Traxtur komandasının tərəfdarları komandanın zəiflədilməsinə etiraz olarsaq Təbrizdə  Klubun qapısı qarşısına etiraz aksiyası keçirdilər.

Bu gün günorta saatlarında keçirilən aksiyada Traxtur tərəfdarları son yarışlarda göstərilən zəif nəticələrin klub rəhbərliyinin yarıtmaz siyasətinin nəticəsində baş verdiyini bildirirlər. Onlar klub rəhbərliyinin buna cavab verməsini istəyiblər.

Traxtur tərəfdarları klubun yiyəsi Zunuziyə xitabən “Maliki kəhkəşani hardasan, hardasan?” şüarı səsləndirib və vəziyyəti yaxşılaşdırmağı tələb ediblər.

Azərbaycanlı etirazçılar həmçinin üzərində “Zunuzi hardasan, tərəfdara cavab ver” yazılmış plakardlar qaldırıblar.

Qeyd edək ki, Traxtur komandası dünən Təbrizin Səhənd stadionunda keçirilən yarışda Tehranın Perspolis komandasına 1-0 hesabı ilə uduzub. Komanda bundan öncə də iki dəfə uduzub. Bu isə ciddi şəkildə Traxtur tərəfdarlarının narazılığına səbəb olub.

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …